Dönərdən zəhərlənən məktəblilərin son durumu AÇIQLANDI
Bakıda dönərdən zəhərlənən məktəblilərin son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BEY.AZ-a verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.
Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.