fbpx

Dondurulmuş qidaları bu halda qəti almaq olmaz

Rüya Yorumları burda


Əksər insanlar dondurulmuş və ya yarımfabrikat məhsullardan istifadə edir. Ev şəraitində də məhsulları dondurub, bir neçə ay sonra istifadə edənlər kifayət qədərdir. Bəs, bu məhsullardan istifadə edərkən nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı BEY.AZ-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, hər bir məhsulun fərdi saxlanma şəraiti və temperatur rejimi var:

“Mütləq şəkildə bunlara əməl olunmalıdır. Əks halda, həmin məhsulun tərkibində bakteriyalar, mikro orqanizmlərin çoxala bilər, orqanizmdə maddələr mübadiləsinın pozulmasına səbəb ola bilər. Xüsusilə də mağazalardan donrurulmuş məhsulları alarkən, onların paketlərinə diqqət etmək lazımdır. Paketlər cırılmamış, əzilməmiş şəkildə olmalıdır. Əgər paketin üzərindəki yazılar tam görünmürsə, bu məhsulun yanında buz hissəcikləri varsa, bu o deməkdir ki, həmin məhsulun dəfələrlə donu açılıb yenidən dondurulub. Bu məhsullar artıq keyfiyyətli sayılmır”.

Məhsəti Hüseynova qeyd edib ki, dondurulmuş məhsullar həmişə enerji dəyəri və tərkibinin zənginliyinin aşağı olması ilə fərqlənir:

“Sağlamlıq üçün yaxşı olar ki, təzə məhsullardan istifadə olunsun. Lakin, dəniz məhsulları, balıq və s. düzgün dondurulduqdan sonra, istifadə olunduqda qida dəyərini itirmir. Ət, zülal tərkibli məhsullar, meyvə tərəvəzlər və s. dondurulduqda mütləq şəkildə onların donu sadəcə 1 dəfə açılmalıdır. Təkrar dondurulmaya yol verilməməlidir. Xüsusilə toyuq ətindən olan məhsullar və toyuq əti də daxil olmaqla, mütləq şəkildə bir dəfə istifadə olunmalıdır”.

Rüya tabirlerini burdan oku

Ekspertin sözlərinə görə, adətən un və ət məhsulları dondurulmaqla uzunmüddətli saxlanılır. Belə məhsullar artıq 1-2 ay və daha uzun müddət üçün saxlanılırsa, onların tərkibində kimyəvi qatqılardan istifadə olunur.

“Məhsulun forma və rənginin dəyişməməsi üçün istifadə olunan kimyəvi qatqı maddələri orqanizm tərəfindən sovrulmur. Bu da gələcəkdə xərçəng xəstəliyinin yaranmasına, qaraciyərdən və böyrəkdən toksinlərin atılmamasına gətirib çıxarır”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu