Dövlət Agentliyi işə qəbul elan etdi
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
BEY.AZ xəbər verir ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1.85 sm-dən aşağı olmayan mütənasib bədən quruluşu olan və 26 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) avqustun 26-dan sentyabrın 6-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.
Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
– şəxsiyyət vəsiqəsinin əsli və surəti.
– hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti.
– bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Qaradağ regional idarəsi ( Bakı şəhəri Qaradağ rayonu Səlyan şösesi 45. Ümüd qəsəbəsinin yanı )
Tel: (012)435-32-71
Müraciət etmə vaxtı: 2024-cü il avqustun 26-dan sentyabrın 6-dək təyin olunmuş günlər (bazar ertəsindən cümə gününədək digər günləri istisna olmaqla) saat 15.00-dan 18.00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |