Dövlət Baxçalı Öcalanla bağlı bu sözləri dedi
MHP lideri Dövlət Baxçalı TBMM-də partiyasının qrup toplantısında çıxış edərək terrorçu başı Abdullah Öcalan haqqında açıqlamalar verib.
BEY.AZ xəbər verir ki, MHP sədri Dövlət Baxçalı terrorçu Abdullah Öcalanla bağlı bu sözləri deyib:
“Əgər terrordan uzaq bir siyasət, ölkə və gələcək barədə hər kəs ittifaq edərsə, biz də bu məsələdə bütün məsuliyyəti öz üzərimizə götürməyə hazırıq və buradayıq.
Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə millətin birliyi ilə yeni əsrin dastanını birlikdə yazaq. Bizim parçalanmağımızı gözləyənləri isə darmadağın edək.
Terrorçu başının təcridi aradan qaldırılarsa, gəlsin Türkiyə Böyük Millət Məclisində DEM Partiyasının qrup toplantısında çıxış etsin, terrorun tamamilə bitdiyini və təşkilatın ləğv edildiyini bəyan etsin”.
Baxçalı terrorun sona çatdığı bir Türkiyə üçün birliyin vacibliyinə diqqət çəkib və milləti birgə hərəkət etməyə çağırıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |