fbpx

Dövlət Fondu 144 milyona yaşayış sahələri alır

Rüya Yorumları burda


Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri satın alacaq.

BEY.AZ xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, vətəndaşların tələbatı nəzərə alınaraq, yaşayış sahələrinin satın alınması Bakı şəhəri ərazisi üzrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 9-cu və 10-cu zonalar üzrə) həyata keçiriləcək.

Dövlət Fondu yaşayış sahələri satın alınmasına 144.200.000,00 AZN (144 milyon 200 min manat) vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Yaşayış sahəsinə dair tələblərin bir qismi belə müəyyənləşdirilib:

Rüya tabirlerini burdan oku

Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir;

Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir;

Satın alınması nəzərdə tutulan yaşayış sahələri 1, 2, 3 və ya 4 otaqlı olmalıdır;

Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır;

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.








ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu