fbpx

Dövlət proqramına müraciət edənlərin sayı açıqlandı

Rüya Yorumları burda


“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üçün sənəd qəbulu başa çatıb, 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət edib.

BEY.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 209 nəfəri bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.

Daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İtaliya, Almaniya, daha çox müraciət olunan ixtisas istiqamətləri sırasında isə informasiya texnologiyaları, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, mühəndislik, maliyyə yer alır.

Bununla yanaşı, Dövlət Proqramına dünyanın ən yaxşı universitetləri üzrə top-10-da yer alan ali təhsil müəssisələrinə qəbul üçün müraciət sayı 150-dən çoxdur.

Rüya tabirlerini burdan oku

Vurğulanıb ki, sənədlərin ekspertizası bitdikdən sonra müsahibələrin həyata keçirilməsi və ilkin nəticələrin iyul ayında elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində hər il 80-i bakalavriat, 320-si magistratura üzrə olmaqla ümumilikdə 400 nəfərədək Azərbaycan Respublikası vətəndaşının təhsilinin maliyyələşdirilməsi üçün yer ayrılır.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu