fbpx

Dövlətyarlı “ağıllı kənd” olacaq

Rüya Yorumları burda


“Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb və bu kənd “ağıllı kənd” layihəsi kimi sistemləşdiriləcək. Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur”.

BEY.AZ xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun müavini Səbuhi Abdullayev “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, kənddə alternativ enerji mənbələrindən, yaşıl enerjidən istifadə ediləcək, burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq.

“Cuvarlı, Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir. Həmçinin Pirəhmədli kəndində bərpa işlərinə başlanılır. Füzuli şəhərinin mərkəzində, Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb. Bu isə 3132 nəfər sakin deməkdir. Şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət evlər inşa edilib. Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub”, – deyə Səbuhi Abdullayev əlavə edib.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu