fbpx

Dövlət idarəçiliyində kişilərlə bərabər qadınların fəal iştirakı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

BEY.AZ informasiya agentliyi xəbər verir

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatı ilə əlaqədar nümayəndə heyəti Cenevrə şəhərində səfərdədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Metbuat.az-a veriləb xəbərə görə, ictimai həyatın bütün sahələrində gender bərabərliyinin təmin edilməsi, dövlət idarəçiliyi və qərar qəbuletmədə kişilərlə bərabər qadınların fəal iştirakının təmin edilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Ölkəmizdə insan hüquqlarının təminatı, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, məşğulluğun inkişafı sahəsində həyata keçirilmiş bütün tədbirlərdə, qəbul edilmiş dövlət proqramları, milli fəaliyyət planları və digər sənədlərdə gender amilinin nəzərə alınması məqsədilə vacib addımlar atılıb.

Azərbaycan Hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə də xüsusi önəm verir.

Ölkəmiz beynəlxalq aləmdə artan nüfuzunun və qadın hüquqlarının təşviqinə dəstək verməsinin göstəricisi olaraq, 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” (CEDAW) Konvensiyanı 1995-ci ildə ratifikasiya edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də Azərbaycan Hökuməti adından CEDAW Komitəsinə Konvensiya üzrə ölkəmizin dövri hesabatlarını təqdim edilir. Sonuncu beşinci dövri hesabatın təqdimatı zamanı verilmiş tövsiyələr nəticəsində qanunvericilik islahatlarının keçirilməsini yüksək qiymətləndirməklə yanaşı, Azərbaycan hökumətinə qadınların hüquqlarının təşviqi məqsədilə bir neçə mühüm addımların atılması məsləhət görülüb.

16 iyun 2022-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatı keçiriləcəkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradovanın rəhbərliyi ilə keçirilən səfərdə nümayəndə heyətinin tərkibində daxili işlər nazirinin müavini Oruc Zalov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, səhiyyə nazirinin müavini İlqar Qasımov, təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Sədi Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri Cavid Məmmədov təmsil olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin