fbpx

Dövlət Komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

İyunun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə Qlobal Sosial Dayanıqlılıq və İnkluzivlik Fəaliyyətinin təcrübə meneceri Varalakşimi Vemuru, sosial inkişaf üzrə baş mütəxəssislər Erik Conson, Sofiya Georgiyeva və DB-nin Azərbaycan üzrə regional direktoru Sara Maykl, poqram üzrə assistent Səbinə Məcidova ilə görüşüb.

Bu barədə Metbuat.az-a Dövlət Komitəsindən məlumat veirlib.

Uzun illərdir dogma yurdundan didərgin düşmüş insanların işğaldan azad edilmiş ərazilərə könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinə təminat prinsipləri əsasında qayıdışına hazırlıq görüldüyü diqqətə çatdırılıb. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaratdığı Əlaqələndirmə Qərargahının bu istiqamətdə zəruri iş apardığı vurğulanıb.

Rüya tabirlerini burdan oku

Ölkədə qaçqınlıq və məcburi köçkünlük problemlərinin həllinə beynəlxalq təşkilatların dəstəyi razılıq hissi ilə xatırlanıb, o cümlədən Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi işğaldan azad edilmiş ərazilərə qayıdışın uğurla həyata keçirilməsinə də töhfə verəcəyinə əminlik ifadə olunub.

Bildirilib ki, Dünya Bankının tərkibindəki Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı çərçivəsində gerçəkləşdirdiyi “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” adlı qrant layihəsi yaxın gələcəkdə öz yurd-yuvalarına qayıdacaq məcburi köçkünlərin məşğulluq imkanlarının artırılmasına olduqca müsbət təsir göstərəcəkdir.

Dünya Bankının nümayəndələri səmimi görüşə və ətraflı məlumata görə minnətdarlıq bildirib, ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı aparılan işləri yüksək dəyərləndirib, təmsil etdikləri beynəlxalq maliyyə qurumunun bu prosesə dəstəyini artıracağını bildiriblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu