fbpx

Dövlət Məşğulluq Agentliyi bu il 2,7 min işsiz şəxsi peşə kurslarına cəlb edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 2,7 min nəfər işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan bir hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qurum tərəfindən 127 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılır.

Peşə hazırlığı müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də verilir. Kursların sonunda imtahanlardan uğurla keçən məzunlara sertifikatlar təqdim edilir və onların işlə təmin olunmalarına dəstək göstərilir.

Agentliyin Bakı, Gəncə şəhərlərində və Göyçay rayonunda müasir tələblərə uyğun peşə hazırlığı mərkəzləri fəaliyyət göstərir.

Ötən il Agentliyin Bakıdakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olan Mərkəz fəaliyyətində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin