Dövlət orqanlarında müsahibələrin keçirilmə qrafiki müəyyən edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Avqustun 4-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) Metbuat.az-a bildirilib ki, daxili müsahibələrə 3 dövlət orqanında mövcud olan 10 vakant vəzifə çıxarılıb. Vəzifələr üzrə namizədlərlə 15 -müsahibənin keçirilməsi planlaşdırılır. Ən yüksək müsabiqə vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi, Aparat, dövlət orqanı rəhbərinin köməkçisi – nazirin köməkçisi (1 vakant yer üzrə 9 namizəd) vəzifəsi üzrə yaranıb.
Müsahibələrin sentyabrın 4-dən 18-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dövlət #orqanlarında #müsahibələrin #keçirilmə #qrafiki #müəyyən #edildi