fbpx

Dövlət orqanlarının fəaliyyəti ilə bağlı rəy sorğusunun nəticələri açıqlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.

Mərkəzdən Metbuat.az-a verilən məlumata görə, sorğuda əksini tapan üç sahə – hərbi quruculuq (89,5%), əhalinin təhlükəsizliyi və ictimai sabitlik (74,3%), iqtisadiyyatın gücləndirilməsi və qeyri-neft sektorunun inkişafı (63,2%) üzrə aidiyyəti dövlət orqanlarının (nazirlik, komitə və dövlət xidmətlərinin) fəaliyyəti vətəndaşlar tərəfindən daha səmərəli kimi qiymətləndirilib.

Digər sahələr üzrə müvafiq strukturların fəaliyyəti nisbətən fərqli qiymətləndirilməklə sonuncu sıralarda keyfiyyətli səhiyyə xidməti ilə təminat (44,6%), sosial müdafiə (44,0%), qiymət artımının qarşısının alınması (22,2%) üzrə aidiyyəti orqanların fəaliyyətləri qərarlaşıb.

Rüya tabirlerini burdan oku

Nəticələrin təhlili Prezident İlham Əliyevin müxtəlif istiqamətlərdə fəaliyyətinə münasibət ilə ayrı-ayrı dövlət strukturlarının eyni istiqamətlərdə fəaliyyətinə ictimai mövqenin bir-birindən fərqləndiyini göstərir.

Dövlət başçısının sosial müdafiə sahəsində fəaliyyətini ümumilikdə yaxşı qiymətləndirən 92,3% respondentin cəmi 47,2%-i aidiyyəti strukturların sosial müdafiə sahəsində fəaliyyətini tam səmərəli hesab edib. Əhalinin sağlamlığının qorunması sahəsində dövlət başçısının fəaliyyətini ümumilikdə yaxşı kimi qiymətləndirən 93,2% respondentin cəmi 47,4%-i keyfiyyətli səhiyyə xidmətləri ilə təminat sahəsində aidiyyəti strukturların fəaliyyətini tam səmərəli kimi qiymətləndirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu