fbpx

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Aesthetic & Welness World Academy” MMC (AWWA Azerbaijan) arasında əməkdaşlığa dair Memorandum imzalanıb

BEY.AZ informasiya agentliyi xəbər verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “Aesthetic & Welness World Academy” MMC (AWWA Azerbaijan) arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Metbuat.az xəbər verir ki, əməkdaşlıq sənədini Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov və Akademiyanın icraçı direktoru Həcər Cəfərova imzalayıblar.

Sənədin imzalanması tədbirində əlilliyi olan şəxslərin reabilitasiyası və rekreasiyası sahəsində aparılan işlər barədə məlumat verilib.

Akademiya sağlamlıq və reabilitasiya sahəsindəki mütəxəssislərin bilik səviyyəsinin artırılması məqsədilə Beynəlxalq Masaj Assosiasiyası, Latviyanın “Beauty School”, Rusiyanın Milli Masajçılar Federasiyası kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir.

Memorandumda birgə təlim kurslarının, layihələrin, konfransların, seminarların və digər tədbirlərin təşkil olunması nəzərdə tutulur. Sənəddə ictimai önəm kəsb edən təşəbbüslərin dəstəklənməsi sahəsində əməkdaşlığın həyata keçirilməsi də əksini tapıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin