fbpx

Dövlət Vergi Xidmətində maarifləndirici bukletlər hazırlanıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bukletlər “Bələdiyyə vergiləri”, “Mədən vergisi”, “Mənfəət vergisi”, “Dövlət büdcəsinə ödənilən torpaq vergisi”, “Vergi öhdəliklərinin yerinə yetirilməsi”, “Lotereyaların keçirilməsi”, “Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı”, “Əlavə dəyər vergisi”, “Onlayn kassanın tətbiqi”, “Aylıq sabit məbləğdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi”, “Sadələşdirilmiş vergi”, “Dövlət büdcəsinə ödənilən əmlak vergisi”, “Fiziki şəxslərin uçotu”, “Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması”, “Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə yaddaş”, “Vergi ödəyicisinin hüquq və vəzifələri”, “Texnologiyalar parklarının rezidentləri”, “Aksizlər”, “Fiziki şəxslərin gəlir vergisi”, “Daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirin sadələşdirilmiş vergiyə cəlb edilməsi”, “İşğaldan azad edilmiş ərazilərdə vergitutma”, “Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı” mövzularında tərtib olunub.

Bukletlərlə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiz:

Rüya tabirlerini burdan oku

https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dövlət #Vergi #Xidmətində #maarifləndirici #bukletlər #hazırlanıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu