fbpx

Dövlət Xidməti məşhur restoranları cərimələyib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bu barədə Metbuat.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən “Garden Hall”, “Nardança”, “Xan Bağı”, “Muğam Ocağı”, “Bulaq”, “Həkəri” Sumqayıt şəhərində fəaliyyət göstərən “Love Palace”, “Ad günü”, “Mübariz”, “Romance”, “Buxara”, “Fayton”, “Pine Park”, Gəncə şəhərində fəaliyyət göstərən “Kübar”, “Dan ulduzu”, “Sübhan” ictimai-iaşə obyektləri və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.

Rüya tabirlerini burdan oku

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və restoran sahiblərini obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Monitorinq və nəzarət tədbirləri davam etdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dövlət #Xidməti #məşhur #restoranları #cərimələyib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu