fbpx

Dövlət Xidməti “Promart” şirkəti barədə iş qaldırıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bununla əlaqədar Dövlət Xidməti un və çörək bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Promart” MMC tərəfindən heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə “Promart” MMC barəsində iş qaldırıb və nəticəsindən asılı olaraq, qanunamüvafiq tədbir görüləcəkdir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin