fbpx

Dövlət Xidməti və UNEC arasında Əməkdaşlıq Memorandumu imzalanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Əməkdaşlıq Memorandumu imzalayıb.

Metbuat.az-a Dövlət Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, sənəd UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi və karyera planlaşdırması, qarşılıqlı maraq kəsb edən sahələr, xüsusilə haqsız rəqabət, dövlət satınalmaları, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və digər müvafiq sahələrdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Əməkdaşlıq Memorandumuna Dövlət Xidmətinin nümayəndələrinin ali təhsil müəssisəsinin müəllim-tələbə heyəti ilə görüş çərçivəsində imza atılıb. Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri, Dövlət Xidmətində UNEC tələbələri üçün istehsalat təcrübəsi və yay təcrübə proqramlarının təşkil olunması, müvafiq sahədə kadr potensialının inkişafına xidmət edən layihələrin icrası və birgə tədbirlərin təşkili imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin