fbpx

DSX ölkəyə narkotik gətirilməsinin qarşısını alıb, saxlanılanlar var

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əmək­daşları tərəfindən 9815 qram narkotik vasitəyə bənzər maddənin və 2990 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bu barədə Metbuat.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, may ayının 6-da saat 17:50 radələrində Yardımlı rayonunun Perimbel kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə sahibsiz halda 1 ədəd göy rəngli çantanın içərisində təxmini çəkisi 2 kiloqram narkotik vasitə marixuanaya bənzər maddələr, 1 ədəd dərman vasitəsi “Guaifenesin” və 1 ədəd 200 ml plastik qabda naməlum tərkibli maye aşkar olunaraq götürülüb.

Rüya tabirlerini burdan oku

May ayının 9-da saat 02:30 radələrində İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətinə doğru hərəkət etməsi və geri qayıtması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq naməlum ayaq izləri aşkarlanıb.

Həyata keçirilən kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Biləsuvar-Bakı avtomagistral yolunda içərisində 2 nəfər şübhəli şəxsin olduğu “Ravon Nexia R-3” markalı 99-PF-541 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.

Saxlanılan şəxslərin Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vəliyev Rafiq Rəşid oğlu və Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Əliyoldaşov Süleyman Bəydəmir oğlu olmaları müəyyənləşdirilib, avtomobilə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 7815 qram narkotik vasitə marixuanaya bənzər maddə və 2990 ədəd metadon-40 psixotrop həbi aşkarlanıb.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu