DSX: Sərhəd qaydalarını pozan şəxs saxlanılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində sərhəd mühafizə və əməliyyat tədbirləri davam etdirilir.
DSX-dan Metbuat.az-a verilən məlumata görə, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiyyəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.
Həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaqmalın Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.
Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə birgə həmin şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.