fbpx

DTX və AKTA Türkiyədə keçirilən konfransda təmsil olundu


Ankarada Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatı (BTK), Milli Kiber İnsidentlərlə Mübarizə Mərkəzi (USOM), Türkiyə Kiber Təhlükəsizlik Klastrı və sahə üzrə fəaliyyət göstərən bir sıra Türkiyə şirkətlərinin təşkilatçılığı və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) dəstəyi ilə “Hacktrick” adlı kibertəhlükəsizlik konfransı, 19 may tarixinədək davam edəcək yarış və təlimlərin açılış tədbiri keçirilib.

BEY.AZ xəbər verir ki, açılış tədbirində Türkiyənin aidiyyəti qurum və təşkilatlarının rəhbərləri və rəhbər vəzifəli şəxsləri ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov çıxış edib.

O, Azərbaycanın kibertəhlükəsizlik ekosistemi, eləcə də ölkədə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması və kibertəhdidlərə qarşı mübarizə sahəsində atılmış addımlar barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində baş tutan andiçmə mərasimində etdiyi çıxışa diqqət çəkən D.Rüstəmov kibertəhlükəsizliyin təmin olunmasında beynəlxalq və regional əməkdaşlığın, xüsusilə də Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra kibertəhlükəsizliklə əlaqədar bir sıra çıxışlar və panel müzakirələri baş tutub. Konfransda, həmçinin Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın aidiyyəti qurum və təşkilatlarının nümayəndələrinin iştirakı ilə ayrıca panel müzakirəsi təşkil olunub.

Panel müzakirələrində ölkəmiz təşkilatçılığa dəstək vermiş Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) İdarə Heyətinin sədri Elvin Balacanov və Baş katib Fidan Əhmədova tərəfindən təmsil olunub. AKTA sədri paneldə çıxış edərək Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması məqsədilə atılmış addımlar və bu sahədə AKTA-nın fəaliyyəti, eləcə də TDT ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə tutulmuş fəaliyyətə dair məlumat verib.

Mayın 19-dək Ankarada davam edəcək silsilə tədbirlər çərçivəsində tələbə və gənclər üçün kibertəhlükəsizlik təlimləri və CTF yarışı da təşkil olunur. Təlimlər və CTF yarışında Türkiyədən olan gənclərlə yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistandan olan tələbə və gənclər də iştirak edir.

Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı (TDT) kontekstində kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək növbəti tədbir – 3-cü Milli Kibertəhlükəsizlik Forumu isə cari il iyunun 1-də AKTA tərəfindən Bakıda təşkil olunacaq (ətraflı: https://cyberforum.az/az).



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin