Duman olacaq, görünüş məsafəsi məhdudlaşacaq
BEY MEDIA İnformasiya agenti xəbər verir
Azərbaycanda avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvar ayının 31-də gecə və səhər Bakı–Şamaxı-Yexlax, Bakı-Ələt-Astara, Yevlax–Zaqatala, Ağsu–Kürdəmir-Bəhramtəpə, Hacıqabul–Şirvan, Göyçay–Ucar, Ucar-Zərdab–Ağcabədi, Salyan–Neftçala, Xaldan-Mingəçevir, Şuşa–Füzuli, Gəncə–Kəlbəcər–Laçın, Ağdam-Füzuli-Horadiz, Masallı–Yardımlı, Lənkəran–Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.