fbpx

Dumanlı hava şəraiti bu tarixədək davam edəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Dumanlı hava şəraiti dekabrın 19-dək davam edəcək.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Metbuat.az-a bildirib ki, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

O qeyd edib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: “Bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb. Gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb. Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dumanlı #hava #şəraiti #tarixədək #davam #edəcək

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin