fbpx

Dünənki problemdən sonra qaz ödənişləri necə bərpa ediləcək?

BEY MEDIA İnformasiya agenti xəbər verir


Ötən gün müştərilər “eManat” terminalında “Azəriqaz” smart kartına ödəniş zamanı problem yaşayıblar. Bu barədə sosial şəbəkədə paylaşım edən müştərilər ödənişin hesaba oturmadığını deyirlər. Eyni zamanda bildirilir ki, problem kütləvi olub və bununla bağlı şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı “eManat” şirkətinin marketinq üzrə aparıcı mütəxəssisi Ayşən Həsənova Qafqazinfoya bildirib ki, yaranmış nasazlıq artıq aradan qaldırılıb: “Vətəndaşlar elə bilirlər ki, problem “e Manat”ın bütün xidmətlərində olub. Qeyd edim ki, problem sadəcə “Azəriqaz” smart kartlarına ödənişlərdə yaranıb. Artıq edilən bütün ödənişlər uğurludur. Bundan əvvəlki ödənişləri isə müştərilər terminala yaxınlaşaraq bərpa edə bilərlər.

Bərpa etmək üçün ödəniş etdiyiniz “eManat” terminalına yaxınlaşaraq kommunal ödənişlər bölməsində “Azəriqaz” smart kartı seçərək daxil etmək lazımdır. Daha sonra isə ödənişlər haqqında məlumat düyməsini sıxaraq ödəniş etdiyiniz tarixi seçmək və sağ aşağı hissədə əks olunan Smart kartın Bərpası düyməsinə vurmaq lazımdır. Bu zaman bütün ödənişlər müştərilərin hesabına qayıdacaq”.

Əlaqə mərkəzlərinin işləməməsi məsələsinə gəlincə isə, A. Həsənova qeyd edib ki, mövcud problemlə bağlı xətlər məşğuldur: “Çünki müraciət sayı çoxdur. Bu məqsədlə həm şirkətə, həm də terminala yaxınlaşanlar var. Hamı bərpa qaydasını soruşur. Sosial şəbəkə hesablarımızda məlumat yaysaq da, hər kəs bunu görmədiyindən yenidən əlaqə mərkəzlərini yığmalı olur”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin