Dünya Bankı Azərbaycanla əməkdaşlığa hazırdır
BEY.AZ informasiya agentliyi xəbər verir
“Azərsu” ASC sudan səmərli istifadə sahəsində Dünya Bankı ilə əməkdaşlıq edə bilər.
Metbuat.az quruma istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC-də Dünya Bankının nümayəndə heyəti ilə görüşdə bildirilib.
Görüşdə iqlim dəyişikliyi və inkişaf hesabatına dair ilkin məsləhətləşmələr, Azərbaycanda yaşıl inkişafa keçid istiqamətləri üzrə müzakirələr aparılıb.
“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər və həyata keçirilimiş layihələr barədə məlumat verib. Qeyd olunub ki, Dünya Bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərində infrastruktur yenidən qurulub. T.Cabbarov ölkəmizdə su ehtiyatlarından səmərəli istifadə ilə bağlı komissiyanın yaradıldığını və təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Dünya Bankınının nümayəndəsi Andrea Liverani sudan səmərəli istifadə, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, tullantı sularının təmizlənərək təkrar istifadəsi və digər sahələr üzrə əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüşdə qeyd olunan məsələlər üzrə ehtiyacların müəyyən olunması, həmçinin su sektoru üzrə məlumat mübadiləsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.