“Dünya çempionatı bölünmüş dünyaya sülh mesajıdır”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Dünya çempionatı bölünmüş dünyaya sülh mesajıdır”.
Metbuat.az-ın məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino Qətərin paytaxtı Dohada 2022-ci il dünya çempionatının püşkatma mərasimindən öncə deyib.
Funksioner bildirib ki, hazırda dünya çətin dövrdən keçir: “Futbol ictimaiyyəti adından dünya liderlərinə çağırış edirik. Müharibəni dayandırmaq lazımdır”.
O, mundialın Qətərdə keçirilməsinin artıq gerçəkliyə çevrildiyini söyləyib: “Az sonra püşkatmaya start veriləcək. Hər birinizi bu mərasimdən zövq almağa dəvət edirəm”.
Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.