Dünya nəhəngi İsraili xəritədən sildi
Çinin aparıcı texnologiya şirkətləri “Alibaba” və “Baidu” İsrailin rəsmi adını internetdə mövcud olan rəqəmsal xəritələrdən çıxarıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Wall StreetJournal” yazıb. Məlumatda deyilir ki, “Baidu” və “Alibaba” artıq İsrailin adını qeyd etmir. “Baidu”nun Çin dilindəki onlayn xəritələri İsrailin beynəlxalq səviyyədə tanınan sərhədlərini, eləcə də Fələstin ərazilərini və mühüm şəhərlərini qeyd edib, lakin ölkənin adı qeyd edilmir. Lüksemburq kimi daha kiçik dövlətlərin adlarının qeyd edildiyi xəritədə İsrailin adının yazılmaması diqqət çəkib.
Çin şirkətləri bununla bağlı açıqlama verməyib.