Dünyanın ən xoşbəxt ölkəsi açıqlandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Finlandiya “World Happiness Report”da (Dünya Xoşbəxtlik Hesabatı) ardıcıl beşinci dəfədir ki, dünyanın ən xoşbəxt ölkələri siyahısına başçılıq edir.
Metbuat.az xəbər verir ki, ən xoşbəxt ölkələrin ilk onluğuna həmçinin Danimarka, İslandiya, İsveçrə, Niderland, Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya daxildir. ABŞ 16-cı (2021-ci ildə 14-cü), Böyük Britaniya 17-ci (2021-ci ildə 18-ci), Fransa 20-ci (dəyişməmiş) yerdədir.
Xoşbəxtliyin ən az olduğu ölkələr isə Əfqanıstan və Livan hesab edilib.
“World Happiness Report” hər il Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Həlləri Bölməsi tərəfindən hazırlanır. O, dünyanın 146 ölkəsini qiymətləndirir və gözlənilən ömür uzunluğu, sosial dəstək, korrupsiya və digər göstəriciləri nəzərə alır. “World Happiness Report” ilk dəfə 2012-ci ildə dərc edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.