fbpx

Dürdanə Əliyevaya qarşı daha 35 min manatlıq mülki iddia qaldırıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Metbuat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda daha 7 nəfər zərərçəkmiş kimi tanınıb. Zərərçəkmiş şəxslər onlara dəyən 35 min manat ziyanın geri qaytarılması üçün mülki iddia qaldırıb.

Məhkəmə prosesi avqustun 21-də davam etdiriləcək.

Rüya tabirlerini burdan oku

Bundan əvvəl Bakı Slavyan Universiteti tərəfindən Dürdanə Əliyevaya qarşı 218 min manat məbləğində mülki iddia qaldırılıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Dürdanə #Əliyevaya #qarşı #daha #min #manatlıq #mülki #iddia #qaldırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu