DYP hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə və hərəkət iştirakçılarına müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Metbuat.az-a açıqlamasında deyib ki, yanvarın 8-dən Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyini nəzərə alaraq sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməlidirlər.
“Təkərlərin qış mövsümünə uyğunluğu, şüşə silkəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına diqqət yetirməklə avtomobillərin idarə edilməsini tam təhlükəsiz şəraitdə, ara məsafəsini gözləməklə, sürət həddinə ciddi nəzarət etməklə idarə etsinlər. Bir daha sürücülərimizdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsinin tam sazlığını diqqətdə saxlamağı xahiş edirik. Digər hərəkət iştirakçıları, əsasən də piyadalar əlverişsiz hava durumuna görə təhlükəsizlik qaydalarına daha ciddi əməl etməli, özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar”, – deyə baş inspektor əlavə edib.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 8-dən başlayaraq 12-dək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın dağlıq və dağətəyi rayonlarında sulu qar, qar yağacağı və bəzi yolların buz bağlayacağı gözlənilir.
İdarə verilən proqnozla əlaqədar sürücülərə müraciət edərək ehtiyatlı olmağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər həmin ərazilərdə istifadə etməməyi, küləkli havaya görə avtomobillərini ağacların, iri reklam lövhələrinin, aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya altında saxlamamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməyi, nəqliyyat vasitələrinin şüşəyuyanları və şüşə silgəclərinin müəyyən edilmiş rejimdə işləməsini yoxlamağı, həmçinin zərurət olmadan yollarda qəfil manevrlər və kəskin tormozlama hərəkətləri etməməyi xahiş edib.
Qeyd edək ki, yanvarın 8-dən başlayaraq ölkədə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#DYP #hava #şəraitinin #kəskin #dəyişməsi #ilə #bağlı #sürücülərə #müraciət #etdi