“E-Class” və “S-Class”ın dizayneri vəfat etdi
“Mercedes-Benz”in populyar modellərinin müəllifi dizayner Bruno Sakko dünyasını dəyişib.
BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Bruno Sakko 90 yaşında vəfat edib.
italyan əsilli Sakko 1975-1999-cu illər arasında “Mercedes-Benz”də baş dizayner vəzifəsini icra edib. O, bu dövrdə şirkətin bir çox tanınmış modellərinin yaradılmasında böyük rol oynayıb. Onun dizayn etdiyi məşhur avtomobillər arasında W123, W124 E-Class, R129 SL-Class və W126/C126 S-Class kimi ikonik modellər yer alır.
1957-ci ildə şirkətdə stilist kimi çalışmağa başlayan Sakko “Mercedes”də rəhbər vəzifəyə kimi yüksələ bilib. O, dizayner Paul Bracq ilə birlikdə alman markasının bir çox modelləri üzərində çalışıb. “Mercedes” tarixində mühüm yeri olan W113 SL modelinin dizaynında da iştirak edib.
Bruno Sakkonun ən çox qürur duyduğu işlərindən biri isə W123 seriyasıdır. Bu model “Mercedes-Benz”in ən uğurlu seriyalarından biri kimi tarixə düşüb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |