Əcnəbilərin Rusiyada vizasız qalma müddəti azaldıldı
Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb.
BEY.AZ APA-ya istinadən xəbər verir ki, bu gündən, yəni yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaş il ərzində 90 gündən çox Rusiya Federasiyası ərazisində qala bilməz.
İndiyə kimi uzunmüddətli vizası olmayan əcnəbilər Rusiya Federasiyasının ərazisində 6 ay ərzində 90 gün qala bilirdilər.
Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, yeni qayda ölkəyə təhsil almaq üçün gələn, patent almış (işləmək icazəsi üçün sənəd-red), işəgötürənlə əmək münasibətləri olan və ya digər hüquqi statusu olan əcnəbilərə şamil edilməyəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |