fbpx

​Ədalətli və ləyaqətli ömür yaşadı…

Rüya Yorumları burda


Doğum gününü ailəsi və doğmaları ilk dəfə onsuz keçirirlər… Söhbət təkcə Lənkəranda deyil, ölkəmizdə ən tanınmış nəslin nümayəndəsindən biri polis mayoru Şəhriyar Qurbanovdan gedir.

Hər bir şəxs həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, mənalı günlərini xəyalından keçirəndə kimlərlə ünsiyyət saxladığını, kimlərlə yoldaşlıq və dostluq etdiyini həmişə gözünün önünə gətirir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti, mövqeyi elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Dahilər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömür yolu çətin keçsə də, mənalı və şərəfli olur, sadəliyi və xeyrixahlığı ilə başı həmişə el içində uca olur. Bu insanı şəxsən tanıdığım və yaxşı ünsiyyətim olduğu üçün məsuliyyət və qürurla deyə bilərəm ki, Şəhriya Qurbanov da belə gözəl insanlardan bir olub.

O, 1970-ci il fevralın 26-da Lənkəran şəhərinin Kiçik Bazar məhəlləsində anadan olub, orta təhsilini şəhər 6 nömrəli məktəbdə alır. BDU-un hüquqşünaslıq ixtisasına yiyələnir. Sonra Ukraynanın Donetski şəhərində Ali Polis Akademiyasını oxuyur. 1997-2006-ci illərdə Astara rayon Polis Şöbəsində Cinayət Axtarış bölməsinin baş əməliyyatçısı, 2006-2010-cu illərdə Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Axtarış bölməsinin rəisi vəzifəsində çalışıb. 2010-cu ildən 2022-ci ilə qədər Lənkəran Beynəlxalq Hava Limanında polis rəisi kimi çalışır. O, daxili işlər orqanlarında qüsursuz xidməti ilə Polis mayoru rütbəsinədək yüksəlir. Amma ömrünün ən gözəl çağında amansız fələk onu doğmalarından əbədi ayırır…

Şəhriyar Qurbanov (Canıyev) 2023-cü il avqustun 12-də, 53 yaşında həkim məsuliyyətsizliyi ucbatından vəfat edir. Onun bu qəfil ölümü ailəsini və onu tanıyanları çox sarsıdır… Ölümə bəzilərimiz adi, bəzilərimiz isə qorxulu hadisə kimi yanaşsaq da, bəzən taleyin qismətindən qaçmaq olmur. Kimi üçün ürkən, kimi üçün vaxtsız, kimi üçün gözlənilməz olan bu hadisə onun doğmalarının ürəyində dərin izlər buraxır. Necə ki, Şəhriyarın qəfil ölümünü ailəsi bu günə kimi qəbul edə bilmirlər …

Şəhriyar Qurbanov harda və hansı vəzifədə çalışmasından asılı olmayaraq həmişə onu tanıyanların qəlbində sadə və ədalətli polis zabiti kimi qalacaq… 53 illik ömründə o Dövlətə sədaqəti və Xalqına böyük məhəbbəti ilə hər kəsin sonsuz rəğbətini qazandı…

Rüya tabirlerini burdan oku

Onun haqqında bir neçə kəlmə yazıb, xatirəsini anmağı özümə borc bilirəm. Həmişə bu insandan cəmiyyətin bir nümayəndəsi kimi özümə qarşı böyük hörmət və səmimi diqqət görmüşəm. Uşaqdan böyüyə hərkəslə salamlaşar, ehtiyacı olanlara, ondan kömək umanlara həmişə dəstək olardı… Xeyriyyəçilik isə onun qanında idi… Şəxsi vəsaiti hesabına maddi imkanı az olan insanlara əl tutardı. Bu kimi insani keyfiyyətləri onu hər kəsə çox sevdirmişdi… Çətin və şərəfli peşə sahibi olan polis mayoru Şəhriyar Qurbanov onu tanıyanların qəlbində daim yaşayacaq, etdiyi xeyirxah əməllərdə isə həmişə danışılacaq. Yeri heç vaxt doldurmayacaq, əvəzsiz bir insanı ehtiramla yad edib, cənnətdəki mövludunu təbrik edirəm! Ruhun şad olsun, cənab mayor!

Böyük şairimiz Səməd Vurğunun misrası ilə yazımı tamamlayaraq Şəhriyar qardaşımızın ruhuna öz ehtiramımı bildirirəm.

Ölüm sevinməsin qoy!


Ömrünü vermir bada!

El qədrini canından daha əziz bilənlər,


Şirin bir xatirətək qalacaqdır dünyada


Sevərək yaşayanlar, sevilərək ölənlər.


İsmayıl Cəfərli








MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu