fbpx

“Edillidə baş vermiş hadisələr Cenevrə Konvensiyasına ziddir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Edillidə gördüklərimdən çox təsirləndim və baş vermiş hadisələrə kədərlənirəm. Bu faciəni sözlə təsvir etmək mümkün deyil.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Edillidə aşkar olunmuş kütləvi məzarlığı oktyabrın 15-də ziyarət edən Polşa Demokratlar Assosiasiyasının rəhbəri Adrian Pexota söyləyib.

İnsanların diri-diri basdırılması barədə danışan A.Pexota deyib ki, bütün bunlar beynəlxalq hüquqa, o cümlədən Cenevrə Konvensiyasına ziddir: “Bu, bir daha təkrarlanmamalıdır. Mən bu cür təcrübələrə qarşıyam. Otuz il bundan əvvəl burada baş vermiş bu cür hadisələri görəndə ürəyim ağrıyır. İnanıram ki, azərbaycanlılar üçün bu ağrı hələ də təzədir, aktualdır. Onlar üçün çox kədərlənirəm”.

Rüya tabirlerini burdan oku

Assosiasiya rəhbərinin sözlərinə görə, ermənilərin Polşada bəzi təbliğat xarakterli hərəkətləri olub və bu, çox mənfi prosesdir. “Hesab edirəm ki, biz reallığı göstərməliyik. Mən mühazirələr də daxil olmaqla tədbirlər görməyi planlaşdırıram. Ölkəyə geri qayıdanda universitetimizdə mühazirə oxumağı, burada baş verənlərin fotolarını göstərməyi və gözlərimlə gördüklərimi danışmağı planlaşdırıram. Ermənistanın aldadıcı təbliğatına son qoyulmalı və Polşada insanlara müharibə reallığı, erməni əsgərlərin qəddarlığı göstərilməlidir”, – deyə Adrian Pexota qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu