Ədliyyə Nazirliyi 13 partiyanı ləğv etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanda daha iki siyasi partiya – Vahid Azərbaycan Milli Birlik və Qorqud partiyaları ləğv olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi dünən qərar qəbul edib.
Nazirliyin məlumatına görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.
Qeyd olunub ki, “Qorqud” Partiyası da ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub.
Bundan başqa, avqust ayı ərzində Ədliyyə Nazirliyi daha 11 partiyanın ləğvi barədə qərarlar verib.
Bunlar Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, “Yeni Yol” partiyası, Müstəqil Xalq Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyasıdır.
Adları çəkilən partiyalar bir müddət əvvəl özlərini buraxmaq barədə qərarlar veriblər.
10:24
Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunub.
Metbuat.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, Vahid Azərbaycan Milli Birlik Partiyası ləğv olunması ilə bağlı qərar qəbul edib və buna dair aidiyyəti sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Partiyanın ləğvi barədə qeyd 15.08.2023-cü il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ədliyyə #Nazirliyi #partiyanı #ləğv #etdi