Əfqan Baxışov AZAL-da yüksək vəzifəyə təyin olundu
Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub.
BEY.AZ xəbər verir ki, bu təyinatadək Ə. Baxışov “Azərbaycan Hava Yolları”nda hüquq departamentinin direktoru vəzifəsində çalışıb.
O, bu vəzifəyə 2023-cü ilin iyul ayında təyin olunub.
O vaxtadək Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank”ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktoru olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.