Əfqanıstanda cadugərlərə qarşı əməliyyat – 200 nəfər saxlanıldı
Əfqanıstanda “Taliban” müvəqqəti hökuməti özlərini “cadugər” kimi təqdim edən 200 nəfəri saxlayıb.
Metbuat.az xəbər verir ki, “Taliban” administrasiyası bu cür fəaliyyətlərin dini baxımdan haram olduğunu, cəmiyyətdə korrupsiya və iğtişaşlara səbəb olduğunu bəyan edib. “Taliban” administrasiyasının məlumatına görə, indiyədək ölkə daxilində həyata keçirilən əməliyyatlarda aralarında qadınların da olduğu 200 nəfər saxlanılıb.“Taliban” administrasiyası sözügedən şəxslərə qarşı məhkəmə işlərinin başlandığını bildirərək, bu cür fəaliyyətlərin dini baxımdan haram olduğunu qeyd edib.
“Taliban” əvvəllər ölkədə adi hal alan bu cür fəaliyyətlərin qarşısını almışdı.