fbpx

Əgər konsulluq üçün təkid edirsə…



“ABŞ bizim regionda güclənməyə çalışır, müxtəlif sahələrdə Rusiya ilə rəqabətdədirlər. Rusiya çox zəifləyib, demək olar bütün regionlardan çıxır, müqavimət göstərə bilmir. Baxmayaraq ki, Yaxın Şərqdə ABŞ-yə, Qərbə və İsrailə qarşı dayandı, amma nə isə etməyə gücü çatmadı. Balkanlardan çoxdan çıxıb, Suriyada mövqeyi həddən artıq zəifdir, Ukraynada da istədiyinə tam şəkildə nail ola bilmir. Cənubi Qafqazdakı mövqeyindən isə geri çəkilmək istəmir”.

Bunu BEY.AZ-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya baş tutan səfəri qütbləşmə prosesi ilə bağlı ola bilər:

“Vladimir Putinin bu səfəri, Azərbaycana xüsusi isti münasibəti, Azərbaycanın tərəfində olduğunu göstərməsi və müəyyən müqavilələrin imzalanması göstərir ki, Rusiya Azərbaycanla xoş münasibətlər qurmağa çalışır. Rusiya regionda öz maraqlarına uyğun müttəfiq axtarır, Azərbaycan isə öz maraqları ilə Rusiyanın hesablaşmasını istəyir. Putinin iqtisadi, siyasi maraqları da var. Azərbaycan regionun lider dövlətidir və istənilən dövlətlə bərabərhüquqlu şəkildə münasibət qurur. Qarşı tərəfin maraqlarını nəzərə almaqla öz maraqlarını həyata keçirməyə çalışır”.

Xankəndidə Rusiyanın Baş Konsulluq açması barədə fikirlərə toxunan Akif Nağı bildirib ki, Azərbaycan bu mövzuda ağıllı siyasət yürütməlidir:

“Qarabağda Rusiyanın Baş Konsulluğunun açılması ilə bağlı fikirlər səsləndirildi. Hesab edirəm ki, bu məsələni Azərbaycan dərindən öyrənməlidir. Türkiyə ilə münasibətlərimiz daha yaxın olmalıdır. Rusiya konsulluqla bağlı təkid edirsə, bu, Azərbaycanın maraqlarına cavab vermir, fikrimcə konsulluğun açılması yox, hansısa əməkdaşlıqların davam etdirilməsi mümkündür. Bu situasiyada Azərbaycanın dövlət maraqları əsas götürülməli, eyni zamanda müəyyən reallıqlar da nəzərə alınmalıdır”.

Cavidan Mirzəzadə / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin