fbpx

Əhalinin borclanma səviyyəsi 4 faiz bəndi artıb



Bu ilin II rübündə Azərbaycan əhalisinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksi əvvəlki illə müqayisədə 4 faiz bəndi artaraq 23 % təşkil edib.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Kreditləşmə fəaliyyətinə dair sorğu”sunda bildirilib.

Məlumata görə, bu, I rüb ilə müqayisədə isə 2 faiz bəndi artıb.

Sorğuya əsasən, respondent bankların 75 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25 %-i isə orta dərəcədə artım olduğunu bildirib.

Qeyd edək ki, əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksinin ən yüksək göstəricisi 2022-ci ilin II rübündə (29 %) olub.

Xatırladaq ki, bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 27 milyard 268,5 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1 %, ilin əvvəlinə nisbətən 13,7 %, illik müqayisədə isə 23,7 % çoxdur.

Kredit qoyuluşunun 19 milyard 058,3 milyon manatı və yaxud 69,9 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 636,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 43,2 % çoxdur.

İyulun sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 573,8 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin