Əhmədinejad yenidən prezidentliyə namizəd oldu
İranın eks-prezidenti Mahmud Əhmədinejad 14-cü çağırış prezident seçkilərinə namizədliyini irəli sürüb.
BEY.AZ “Təsnim” agentliyinə istinadən xəbər verir ki, o, bir müddət əvvəl hakimiyyəti dövründə vitse-prezident işləmiş Həmid Bəqayinin namizədliyini dəstəklədiyini bildirmişdi.
Xatırladaq ki, Mahmud Əhmədinejad 2005 və 2009-cu illərdə iki dəfə ardıcıl prezident seçilib.
Qeyd edək ki, İranda növbəti prezident seçkisinin bu il mayın 19-da keçirilməsi planlaşdırılıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |