fbpx

Ekspert aparıcının düşdüyü qəzanı şərh etdi

Rüya Yorumları burda

Məlum olduğu kimi, dünən səhər saatlarında Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və dünyasını dəyişib.

Bütün qəzalarda olduğu kimi, burada da hər kəsi maraqlandıran bir məqam var. O da kimin təqsirli olmasıdır. Hadisə ilə bağlı dünəndən etibarən görüntülər paylaşılmağa başlayıb. Sözügedən görüntülərlə bağlı bir sıra fikirlər irəli sürülüb.

BEY.AZ xəbər verir ki, qəza barədə “Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı hadisəni belə şərh edib:

“Yəqin ki, görüntülər artıq istintaq orqanlarında da var. Baxış keçirilib, aidiyyatı üzrə araşdırılıb sonda qərar veriləcək. Orada hərəkətin təşkili ilə bağlı ola bilsin ki, xırda elementlər var. Amma Aytən Səfərova bu məsələdə günahkar deyil. Bu, mənim şəxsi fikrimdir. Görüntüləri izləyəndən sonra mən bu qərara gəlmişəm. Ola bilsin, orada başqa bir avtomobil var. O sürücü qarşı tərəfi çaşdırır və bilmədən yol ayrıcına daxil olur. Həmkarımız olduğuna görə demirəm Aytən xanım günahsızdır. Əgər onun xətalı olduğunu müşahidə etsəm, bunu qeyd edərdim. O, normal sürətlə yol ayrıcına daxil olur. Daha sonra qarşı tərəfin də yol ayrıcına daxil olması onların toqquşmasına səbəb olur. Məsələ bu qədər sadədir. Hər şey göz önündədir. Aidiyyatı qurumlar da bu məsələ ilə bağlı rəylərini ictimaiyyətə yaxın zamanda təqdim edəcəklər”.

Rüya tabirlerini burdan oku

Ekspert bildirib ki, belə hadisələrdən insanlar nəticə çıxarmalıdır:

“Hadisə zamanı dünyasını dəyişən şəxs var. Gənc bir adam həyatını itirib. Ancaq görüntülərə baxanda belə başa düşürük ki, bu şəxs təhlükəsizlik kəmərini taxmadığına görə, qəzada həlak olub. Ona görə də hər bir sürücü və sərnişin sözügedən qaydalara əməl etməlidir. İstənilən halda, belə hadisələr hər kəsə dərs olmalıdır. İnsanlar bu qəzalardan nəticə çıxarmalıdır. Bəzi adamlar maşına oturur, nə özü kəmər taxır, nə də yanındakı şəxsin kəmər taxmasını təmin edir. Beləliklə, nəticə ağır fəsadlarla yekunlaşır. Hər bir halda, istintaqın gedişi zamanı bu detallar üzə çıxacaq. Hesab edirəm ki, istintaq orqanları da məsələyə düzgün və obyektiv olaraq yanaşıb qiymətləndirəcəklər”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu