fbpx

“El bilir ki, sən mənimsən…” adlı ədəbi-musiqili gecə keçiriləcək

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Oktyabrın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “El bilir ki, sən mənimsən…” adlı ədəbi-musiqili gecə keçiriləcək.

Metbuat.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı çərçivəsində Gənc Tamaşaçılar Teatrı ilə Bakı Xoreoqrafiya Akademiyasının birgə layihəsi belə adlanır.

Hazırda teatrda iki yaradıcı kollektivin iştirakı ilə məşqlər gedir. Layihənin quruluş müəllifi Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Quruluşçu rejissor bildirdi ki, Ulu Öndərin Səməd Vurğunun “Azərbaycan” şeirindən söylədiyi bir bənd hamının yadındadır. Biz həmin şeiri əsas leytmotiv kimi götürmüşük. Bu gözəl şeirin bəndlərinin arasında Heydər Əliyevə həsr edilmiş şeirlər, mahnılar səslənəcək. Həmin mahnıların orijinal versiyalarını isə Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin çıxışları müşayiət edəcək…

“El bilir ki, sən mənimsən…” adlı ədəbi-musiqili tədbirdə ümumilikdə Gənc Tamaşaçılar Teatrının 50-dən çox aktyoru və BXA-nın 70-dən çox tələbəsi çıxış edəcək.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #bilir #sən #mənimsən #adlı #ədəbimusiqili #gecə #keçiriləcək

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin