fbpx

Elcanın qalmaqallı görüşü ilə bağlı rəsmi açıqlama



“Biz burada hansısa ədalətsizlik görmürük. Hər şey texniki olaraq doğru şəkildə yerinə yetirilir”.

BEY.AZ xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.

“Elcan fəndi işlətməzdən öncə hakim tərəfindən MATE işarəsi (dayanmaq) verilmişdi. Hakimin MATE əmri verməsinin səbəbi isə fransız idmançının Elcanın cüdoqisindən düzgün olmayan formada, yəni kəmərdən aşağı tutması idi. Kadrlardan da göründüyü kimi, bundan sonra hakim fransız idmançıya ikinci xəbərdalığı verir. Yəni biz burda hansısa ədalətsizlik görmürük. Hər şey texniki olaraq doğru şəkildə yerinə yetirilir” , – R.Rəsullu qeyd edib.

Xatırladaq ki, Azərbaycan cüdoçusu Elcan Hacıyevin Paris-2024 Yay Olimpiya Oyunlarında 1/8 finalda fransalı Nqayap Hambuya qarşı görüşü qalmaqalla yadda qalıb. İdmançımız rəqibinə ippon atsa da, baş hakim bunu qeydə almayıb. Referinin qərarı müzakirələrə səbəb olub.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin