Elçibəyin Bakıdakı evi qarət olundu
Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evi qarət olunub.
BEY.AZ bakupost.az-a istinadən xəbər verir ki, bu barədə mərhum prezidentin yaxınları məlumat veriblər.
Bildiriblər ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edilən şəxs saxlanılıb. Həmin şəxs Saatli rayon sakinidir.
Əlavə məlumat verəcəyik.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |