fbpx

Elçin Lənbəranskidən Hacı Salmanla bağlı paylaşım



Xəbər verdiyiniz kimi, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən ilahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb. Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

BEY.AZ bildirir ki, sosial şəbəkə fenomeni Elçin Lənbəranski saxlanılan ilahiyyatçı Hacı Salmanla bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Dəhşətə gəlirəm. Hacı Salmanı illərdir tanıyıram. Daima Şəhid tədbirlərində gördüyüm insandır. Xeyriyyə kampaniyalarına az da olsa bacardığı dəstəyi göstərən,mədəni insan kimi tanımışam. Bu gün saytlardan 11 yaşlı qıza qarşı seksual hərəkətlər etdiyini və buna görə məsuliyyətə cəlb edildiyini oxudum. Çox təəccübləndim. Hacını daima ədəbli əxlaqlı nümunəvi bir insan kimi tanımışam. İnsan övladı çiy süd əmib. Arzulayıram ki, bu xəbər yalan çıxsın. Ancaq əgər doğru olsa, qoy dövlətimiz ən ağır cəzaya məhkum etsin…

Gözləyək”.

Zaur Əliyev, BEY.AZ







MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin