fbpx

Elektriklə balıq ovlayanlar saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


DİN-in Su Nəqliyyatında Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində keçirilən növbəti reyd zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Qazax rayon sakini Maqsud Rəsulov saxlanılıb. Onun ovladığı 3 ədəd “şəhmayı”, 2 ədəd “daban (karas)” və 84 ədəd “xramulya” balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1045 manat miqdarında zərər vurması müəyyən edilib.

Bundan başqa Su Polisinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Mingəçevir Su Anbarının Samux rayonu ərazsində olan hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Vüqar Məmmədov da saxlanılıb. Araşdırma zamanı V. Məmmədovun 40 ədəd “çapaq”, 56 ədəd “daban” balığını qanunsuz olaraq ovlaması və təbiətə 1056 manat miqdarında zərər vurması müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən analoji tədbirlər bundan sonra da davam etdiriləcək.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elektriklə #balıq #ovlayanlar #saxlanılıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin