fbpx

Elektron jurnal tətbiq edilən məktəblərin sayı açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ölkə üzrə 204 ümumi təhsil müəssisəsində e-Jurnal və e-Gündəlik sisteminin tətbiqi davam etdirilir. Sözügedən təhsil müəssisələri Bakı, Sumqayıt şəhərləri və digər 11 bölgədə yerləşir.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, layihənin məqsədi müəssisə üzrə pedaqoji və inzibati-idarəetmə heyəti tərəfindən elektron qiymətləndirmənin səmərəli təşkili və sənədləşmə prosesinin rəqəmsallaşmasıdır. Bu sistem vasitəsilə hər müəssisə üzrə tədris növbələrinin təyin olunması, dərs cədvəllərinin tərtib edilməsi, elektron profillərin tənzimlənməsi və siniflər üzrə şagird məlumatlarının idarə olunması elektronlaşdırılıb. Həmçinin elektron jurnal şagirdlərin müvəffəqiyyət və davamiyyətini, eyni zamanda mövzular üzrə dərs materiallarının mənimsənilməsi keyfiyyətini təhlil etmək imkanı da yaradır. Tətbiq olunan sistem vasitəsi ilə valideyn-məktəb və valideyn-müəllim əlaqələrinin əlçatanlığı artırılıb.

Hazırda “Elektron jurnal və gündəlik” sistemi 204 təhsil müəssisəsinin 324 357 şagird və 23 337 müəllimini əhatə edir. Növbəti tədris ilindən daha 158 müəssisədə də bu sistemin tətbiqi nəzərdə tutulur. Bununla da “Elektron jurnal və gündəlik” sisteminin 536 646 şagird və 37 448 müəllimi əhatə etməsi proqnozlaşdırılır.

Qeyd edək ki, elektron jurnalın funksionallıqları ilə bağlı istifadəçilərdən gələn tələb və təkliflər nəzərə almaqla hər tədris ilində təkmilləşdirmələr aparılır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin