fbpx

Əli Əsədov “Barselona” prezidenti ilə görüşdü



Azərbaycanın Baş naziri Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.

BEY.AZ xəbər verir ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin