fbpx

Əli Əsədov Cevdet Yılmazı təbrik etdi



Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmaza Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

BEY.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, məktubda Türkiyənin gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrildiyi qeyd olunub, qardaş ölkə olaraq Azərbaycanın Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevindiyi və bundan qürur duyduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı iki ölkənin xalqının qardaşlığını, birliyini, həmrəyliyini ifadə etməklə yanaşı, ikitərəfli münasibətlərimizin əsl mahiyyətini əks etdirir.

Dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində Azərbaycan və Türkiyənin bu gün dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr olduğu vurğulanıb.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin