Əli Əsədovun Belarusa səfəri başladı
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
BEY.AZ xəbər verir ki, Minsk Milli Aeroportunda Belarus Baş nazirinin müavini İqor Petrişenko, xarici işlər nazirinin müavini İqor Nazaruk, Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev və bir sıra rəsmi şəxslər qarşılayıb.
Səfər Belarusun Baş naziri Roman Qolovçenkonun dəvəti ilə baş tutur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |