fbpx

Elm və Təhsil Nazirliyinin vəzifələri artırıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Elm və Təhsil Nazirliyinin vəzifələri artırılıb.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Elm və Təhsil Nazirliyi haqqında yeni Əsasnamədə əksini tapıb.

Beləliklə, Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılar olacaq:

Rüya tabirlerini burdan oku

– müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;

– . müvafiq sahənin inkişafına dair dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında və bu sahənin prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək, habelə həmin sənədlərin icrasını təmin etmək;

– müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;

– elmi müəssisə və təşkilatlarla, təhsil müəssisələri ilə xarici elmi müəssisə və təşkilatlar, təhsil müəssisələri arasında təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarının əlaqələndirilməsini təşkil etmək;

– milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını və beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitinin yaradılmasını təmin etmək;

– təhsilin keyfiyyətinin artırılması, elmi-metodiki təminatının gücləndirilməsi və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələrin həyata keçirilməsini təmin etmək;

– təhsil müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə, habelə təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsini təmin etmək;

– təhsil proqramlarını (kurikulumları), tədris planlarını (ali və orta ixtisas təhsil müəssisələri üzrə tədris planları istisna olmaqla) və proqramlarını təsdiq etmək;

– hər tədris ili üçün peşə, orta ixtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunun müəyyən edilməsinə dair təkliflər vermək;

– doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planlarına, habelə doktoranturaların (adyunkturaların) yaradılmasına dair vəsatətə rəy vermək;

-. ali təhsil müəssisələrində magistraturanın yaradılması ilə bağlı məsələləri həll etmək;

– məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlb olunmasını təmin etmək və icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;

– təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;

– respublika psixoloji-tibbi-pedaqoji komissiyasını yaratmaq, rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyalarının yaradılmasını təmin etmək;

– sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmətin, habelə nitq pozuntusu olan təhsilalanlara kömək məqsədilə loqopedik xidmətin təşkilinin təmin olunmasına nəzarət etmək;

– müxtəlifsəviyyəli və müxtəlifmiqyaslı fənn olimpiadalarının, müsabiqələrin və yarışların keçirilməsini təmin etmək;

– xüsusi istedada malik təhsilalanların müəyyənləşdirilməsi və təhsillərinin davam etdirilməsinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsini təmin etmək, onlar üçün məqsədli və adlı təqaüdlərin təsis edilməsi istiqamətində tədbirlər görmək;

– təhsil müəssisələrində tədrisin müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə aparılmasına razılıq vermək;

– tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq siniflərinin və kurslarının təşkilini təmin etmək;

– tabeliyində ali təhsil müəssisələri olan dövlət orqanlarının (qurumlarının) və özəl ali təhsil müəssisələrinin təklifləri əsasında bakalavriat səviyyəsində hazırlıq qrupları təşkil olunan ali təhsil müəssisələrini və ixtisasları müəyyən etmək;

– ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqinin təmin edilməsi üçün tədbirlər görmək;

– xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının həyata keçirilməsini və tanınmaya dair sənədlərin verilməsini təmin etmək;

– vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsini və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsini təmin etmək;

– təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarına riayət olunmasına nəzarəti həyata keçirmək;

– tədris ilinin müddətinin müəyyən edilməsinə dair təkliflər vermək;

– yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;

– təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;

– “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil müəssisələrinin (dövlət təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya verilməsi ilə əlaqədar rəy vermək, verilmiş lisenziyanın şərtlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməməsi hallarını aşkar etdikdə lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana təqdimat göndərmək;

– elmi müəssisə və təşkilatlara, təhsil müəssisələrinə elmi-metodiki və tədris-metodiki rəhbərliyin həyata keçirilməsini təmin etmək;

– digər dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işinin təşkilinə nəzarət etmək;

– ümumi təhsil müəssisələrinin beynəlxalq qiymətləndirmə proqramlarında iştirakı barədə qərar qəbul etmək;

– təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsini və onlara akkreditasiya şəhadətnaməsinin verilməsini təmin etmək;

– məktəbəqədər təhsil müəssisələrinin yaradılmasını və inkişafını təşviq edən mexanizmlərin həyata keçirilməsini təmin etmək;

– təhsil sahəsində qeyri-dövlət sektorunun dəstəklənməsi və rəqabət mühitinin inkişafı məqsədilə özəl və bələdiyyə təhsil müəssisələrinin yaradılmasını və inkişafını təşviq etmək, dəstəkləmək, onlara metodiki kömək göstərmək;

– Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar və ali təhsil müəssisələri istisna olmaqla, tabeliyində olan təhsil müəssisələrinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan təhsil müəssisələrinin nizamnamələrini təsdiq etmək, habelə bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;

– təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizindən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinə razılıq vermək;

– təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodiki vasitələrinin müəyyən edilmiş qaydada hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;

– elm və təhsil fəaliyyətinin səmərəli təşkilinə, idarə edilməsinə və inkişafına, maddi-texniki baza, infrastruktur, avadanlıq, yüksəkixtisaslı elmi və pedaqoji kadrlar, informasiya və digər zəruri vasitələrlə təminatına şərait yaratmaq;

– elmi fəaliyyət subyektlərinin elmi istinadlı informasiya resurslarına çıxışının təmin edilməsini dəstəkləmək;

– müvafiq sahədə planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə və qiymətləndirmənin (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirilməsini təmin etmək;

– maddi-texniki və tədris bazasının yenilənməsi məqsədilə dövlət məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinin ümumtəhsil və ixtisas dərslikləri, tədris vəsaitləri, ədəbiyyat, əyani və texniki vəsaitlərlə təmin edilməsini həyata keçirmək;

– tabeliyində olan təhsil müəssisələrində tam dövlət təminatında olan təhsilalanların yemək, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, yataq ləvazimatı, dərslik, tədris ləvazimatı, zəruri avadanlıqlarla və s. ilə təmin edilməsini həyata keçirmək;

– dövlət təhsil müəssisələrinin (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq evləri istisna olmaqla) tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatının həyata keçirilməsini təmin etmək;

– dövlət elmi müəssisə və təşkilatlarının, təhsil müəssisələrinin işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən onların mükafatlandırılmasına dair təkliflər vermək;

– tabeliyində olan məktəbəqədər, ümumi və peşə təhsil müəssisələrinin təhsilverənlərə (pedaqoji kadrlara) tələbatının müəyyən edilməsini, habelə həmin müəssisələrin kadr təminatının həyata keçirilməsini təmin etmək;

– tabeliyində olan təhsil müəssisələrində təhsil fəaliyyətinin təşkilində və təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqinə şərait yaratmaq;

– tabeliyində olan təhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsilini təmin etmək;

– dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinin idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsini təmin etmək;

– ddvlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin sertifikatlaşdırılmasının həyata keçirilməsini təmin etmək;

– dövlət təhsil müəssisələrinin (adambaşına maliyyələşən təhsil müəssisələri istisna olmaqla) nümunəvi ştatlarının və xərc normalarının müəyyən edilməsinə dair təkliflər vermək;

– tabeliyində olan elmi müəssisə və təşkilatlar, təhsil müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlamaq, bununla bağlı təkliflərini təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti təmin etmək;

– hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (uşağa, şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarına və maliyyə normativlərinə dair təkliflər vermək;

– təhsili idarəetmə orqanlarının, elmi müəssisə və təşkilatların, təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və istiqamətləndirilməsini təşkil etmək;

– elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində aparılan elmi araşdırmaların əlaqələndirilməsi, elmi tədqiqat işlərinin dəstəklənməsi və mükafatlandırılması istiqamətində tədbirlər görmək;

– elmi kadr tələbatını müəyyən etmək və həmin tələbata uyğun olaraq dövlət sifarişi əsasında elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə bağlı təkliflər vermək;

– müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təkliflər vermək;

– Azərbaycan Respublikası vətəndaşlarının yüksəkreytinqli xarici ali təhsil müəssisələrində və elm-təhsil mərkəzlərində təhsilinin təşkili və elmi fəaliyyəti üçün tədbirlər görülməsini təmin etmək;

– elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi istiqamətində tədbirlər görülməsini təmin etmək;

– dövlət peşə təhsili müəssisələrində təhsilalanların xüsusi iş geyim formaları ilə təmin olunmasına nəzarət etmək;

– təhsilverənlərin etik davranış qaydalarını müəyyən etmək;

– peşə təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsini təmin etmək;

– tabeliyində olan ümumi təhsil müəssisələrinə, məktəbəqədər təhsil müəssisələrinə, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun, həmçinin şagirdlərin sinifdən-sinfə keçirilməsinin və yerdəyişməsinin həyata keçirilməsini təmin etmək;

– təhsil müəssisələrində idman-sağlamlıq və profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görmək, uşaq, şagird və tələbələrin idman yarışlarında, turist yürüşlərində iştirakına, onların texniki və bədii yaradıcılığına, digər tədbirlərə dəstək verilməsini təmin etmək;

– fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsi, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığının təmin edilməsi, habelə təhsilalanların müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsinə şəraitin yaradılması üçün tədbirlər görmək;

– müvafiq sahədə statistik məlumatları və hesabatları toplamaq, təhlil etmək və nəticələrini müvafiq orqanlara təqdim etmək;

– dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

– təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmasını və ondan istifadəsini təmin etmək;

– Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

– Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

– öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

– Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

– fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq;

– Nazirlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

– Nazirliyə daxil olan təklifləri ümumiləşdirmək və tədbirlər görmək;

– Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Qeyd edək ki, bundan əvvəl qüvvədə olan Əsasnaməyə görə, nazirliyin əsas vəzifələri aşağıdakılar olub:

– Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək;

– Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək;

– təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;

– vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq;

– mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək;

– öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə Nazirliyə həvalə olunmuş digər vəzifələri yerinə yetirmək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elm #və #Təhsil #Nazirliyinin #vəzifələri #artırıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu